Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 “İcra başçısı torpaqları zəbt edərək milyonlar qazanır”

Qusar sakini Prezidentə müraciət etdi...

Qusar şəhər sakini 2-ci qrup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu Prezident İlham Əliyevə müraciət edib.
Qusar sakini müraciətin bir surətini də redaksiyamıza göndərib:

Müraciətdə bildirilir ki, Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov, Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzov və İcra Hakimiyyətinin Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Elman Mustafayev rayonda mövcud qəbiristanlığı dağıdaraq, həmçinin qanunsuz olaraq torpaqları zəbt edib özünə yaşayış evləri və obyektlər tikdirirlər:

Qusar Rayon İcra Hakimiyyəti Şair Alxasov, İH-in İctimai - Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Elman Mustafayev kənar rayonlardan işçi qüvvəsi və texnika cəlb etməklə, Qusarda mövcud xristian qəbristanlığını dağıdaraq, həmin qəbristanlıqda dəfn edilmiş “insanların sümüklərini torbalara yığdıraraq, tabut qalıqlarını, məzar daşlarını" avtomaşınlara ekskavatorla yüklədərək, Qusar şəhərin ətrafındakı ərazilərə daşıtdırıb.

Qusar RİHB-sı Şair Alxasov, təkcə qəbristanlıq ərazilərini zəbt etməmiş, onlar Qusar rayonda yeganə təbii park sayılan N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini zəbt edərək, özünə həmin torpaq sahəsində " Yaşıl Park " adlı möhtəşəm restoran tikdirmişdir. Bayraq Meydanı ərazisində, Qusar meşə təsərrüfatına məxsus meşə fondunun torpaq sahəsini zəbt etməklə orada da restoran tikdirmiş, Qusarda mövcud internat məktəbin balansında olmuş 2 ha torpaq sahəni sənədləri qanunsuz dəyişdirib və sənədləri saxtalaşdırıb. Naməlum Sumqayıt şəhər vətəndaşına satmaqla milyonlarla vəsait əldə edib. Qusarda mövcud olmuş 4 saylı məktəbin 2 ha torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin torpaq sahədə yüksəkmərtəbəli, dəyəri milyonlarla qiyməti olan mehmanxana tikməklə istifadəyə vermiş, Qusar şəhərində mövcud, dövlət büdcəsinin vəsaiti ilə icra başçılar üçün tikilərək istifadəyə verilmiş binanı sökərək, həmin ərazidəki torpaq sahəni zəbt etmişdir. Qusarda uşaq bağçası kimi uzun müddət fəaliyyət göstərmiş xəstəxananın 2,5 ha torpaq sahəni zəbt edərək, həmin ərazidə özünə Təzə bazar tikməklə istifadətə vermiş, meşə fondunun yüzlərlə və digər ərazilərdə olan torpaq sahələrini qanunsuz zəbt etməklə, milyonlarla var - dövlət əldə etmişdir”.

3 uşaq atası, 63 yaşlı Hacımirzə Ağamirzəyev müraciətində Prezidentdən Şair Alxasovun qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməklə, onun 10 illik fəaliyyətinin yoxlanılmasına sərəncam verməsini, qanunsuz olaraq əldə etdiyi milyonlarla vəsaitin ondan alınaraq Dövlət büdcəsinə mədaxil edilməklə, barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsini xahiş edib.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar